[vc_row][vc_column][vc_column_text]Hörmətli İstifadəçi!
bigmall.az veb-saytında istifadəçi ilə veb sayt arasında fərdi məlumat mübadiləsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir.

Biz sizin məlumatlarınızı aşağıdakı məqsədlərlə istifadə edə bilərik:
– Tələblərinizə cavab vermək məqsədilə xidmətlərimizi yaxşılaşdırmaq və təkmilləşdirmək üçün müştərilərimiz və onların tələbləri ilə daha yaxından tanış olmaq.

– Hesabınızla əlaqədar problemlərin aşkarı və aradan qaldırılması zamanı daşınma ilə bağlı sizi məlumatlandırmaq və ya yeni işlərimiz barədə məlumat əldə etməyinizə imkan yaratmaq.

– Siz sifariş verərkən və məxfi məlumatlarınızı (kredit və ya debit kartındakı məlumatlar) təqdim edərkən onların təhlükəsizliyi və məxfiliyi bizim tərəfimizdən tamamilə təmin olunur. Sizin kredit/debit kart nömrələriniz və şəxsi məlumatlarınız saxlanılmayacaq, satılmayacaq və ya hər hansı üçüncü tərəflə paylaşılmayacaq.

Əgər siz anonimliyi saxlamaq fikrinə düşsəniz, saytda olan bütün məlumatları qeydiyyatsız əldə edə bilərsiniz.[/vc_column_text][/vc_column][/vc_row]